Əmək bazarı

Əmək bazarı dedikdə istehsal amillərindən birinin – əmək mü­na­sibətlərinin meydana çıxdığı bazar nəzərdə tutu-lur. Əmək baza­rının mahiyyətinin aydınlaşdırılması sahə-sində bir-birindən fərqlənən bir neçə konsepsiyanın olduğu məlumdur. Birinci konsepsiyanın əsasında klas­sik siyasi iqtisadın hamı tərəfindən qəbul olunan müddəası durur. Bu­nun tərəfdarları neoklassiklərdir (P. Samuelson, M. Feldstayn, R.Xoll). Keçən əsrin 80-ci illərindən başlayaraq təklif iqtisadiyyatı kon­sep­siya­sı­nın tərəfdarları da (D.Gilder, A.Laffer və b.) bu kon­sep­siyaya tərəfdar çıxmışlar. Onlar belə hesab edirlər ki, bütün başqa ba­zarlar kimi, əmək bazarı da qiymət tarazlığı əsasında fəaliyyət göstərir.
Davamı →

Iqtisadi nəzəriyyənin vəzifələri və öyrənilməsinin zəruriliyi

Iqtisadi nəzəriyyənin öyrənilməsinə vaxt ayırmağa, buna əmək sərf et­məyə dəyərmi? Bu suala tanınmış iqtisadçı Con Meynard Keyns (1889-1946) belə cavab vermişdir: «Iqtisadçı­ların və siyasi xadimlərin ide­­yaları… düşünül-düyündən daha böyük əhəmiyyətə malikdir. Dün­ya­nı məhz onlar idarə edirlər. Özlərini intellektual təsir imkanlarına malik olan əməli iş adamları hesab edənlər keçmişin hər hansı bir iq­tisad­çı­sı­nın quludur».
Bunun nə dərəcədə həqiqətə uyğun olduğunu əsas-landırmaq üçün iqtisadi nəzəriyyənin yerinə yetirdiyi vəzifələri nəzərdən keçirək.
Hər bir elm kimi iqtisadi nəzəriyyə də müəyyən vəzifələri ye­ri­nə yetirir. Onun başlıca vəzifələrindən biri cəmiyyətin iqtisadi həya­tın­da baş verən hadisə və prosesləri öyrənmək və aydınlaşdırmaqdan iba­rət­dir. Bu, onun idrak funksiyasıdır.
Davamı →

İqtisadi terminlər-2

Ə

ƏDALƏTLİ DƏYƏR (fair value)
1. Məlumatlandırılmış və marağı olan tərəflərin azad sövdələşmə şəraitində aktivi dəyişdirə yaxud öhdəlikləri yerinə yetirə bildiyi məbləğ.
Mühasibat uçotunda açıq bazarda aktivlərin normal, adi qaydada satışından fərqlənən, alqı-satqı şəraiti və şərtləri müxtəlif olan satışların dəyəri ədalətli dəyər kimi nəzərdən keçirilmir. Qeyd olunan şərait bazar dəyəri anlayışında nəzərə alınmayan qısamüddətli iqtisadi böhranlar yaxud başqa vəziyyətlərdə yarana bilər.
2. “Ədalətli dəyər” anlayışından tərəflər arasında mübahisələrin məhkəmədə həlli zamanı bazar dəyəri məsələnin mahiyyətinə uyğun olmadığı hallarda da istifadə edilir. Deməli, “ədalətli dəyər” bazar dəyərinin sinonimi kimi qəbul oluna bilməz.
3. Ədalətli dəyər ayrı-ayrı aktivlərin istehsal potensialını, yəni pul vəsaitlərinin yaxud onların ekvivalentlərinin axınlarına təşkilata birbaşa yaxud dolayı təsir göstərmək potensialı baxımından təcəssüm olunmuş gələcək iqtisadi faydaları ifadə edə bilər.  


Davamı →

İqtisadi terminlər

AÇIQ TİPLİ SƏHMDAR CƏMİYYƏTİ - səhmlərini müstəqil surətdə abunəçilər arasında özgəninkiləşdirmək hüququna malik, Nizamnamə fondunun minimum məbləği 20 milyon manatdan az olmayan səhmdar cəmiyyətdir;.
ADEKVAT MƏNFƏƏTLİLİK(adequate profitability) — Aktivlər əvəzolunmanın amortizasiya olunmuş xərclərinə istinad edilməklə qiymətləndirildikdə, qiymətləndiricinin həmin xərclər barədə rəyini əsaslandıra biləcəyinə təminat vermək məqsədilə təşkilatın istifadə etdiyi yoxlama meyarı.
ADVALOR VERGİ(ad volorem tax)-Əmlakın peşəkar ekspert-qiymətləndirici tərəfindən müəyyənləşdirilməli olan dəyərindən faizlə hesablanan vergi.


Davamı →

30. Məcmu tələb əyrisi

Məcmu tələb əyrisi qiymətlərin hər bir səviyyəsində əmtəələrə və xid­mət­­lərə olan tələb haqqında bizə məlumat verir. 30.3. şəklində göstərilmişdir ki, məcmu tələb arzuolunmaz vəziyyətdədir. Bu, o deməkdir ki, eyni şəraitdə iqtisadiyyatda qiymətlərin ümumi səviyyəsinin aşağı düşməsi (P1 ¯ P2) onunla nəticələnir ki, (Y1 ¯ Y2) əmtəələrə və xidmətlərə olan tələb artır.
Məcmu tələb əyrisinin arzuolunmaz meyli
WHY THE AGGREGATE-DEMAND CURVE SLOPES DOWNWARD
Əmtəələrə və xidmətlərə olan tələbin həcmi ilə qiymət səviyyəsi arasında olan əks asılılığın əsasında nə dayanır? Bu suala cavab vermək üçün yada salaq ki, ÜDM (Y) istehlakın ©, investisiyanın (I), dövlət alışının (G) və xalis ixracın (NX) məcmuyudur:
Davamı →